Darvinistlərin yaşayan fosilləri ört-basdır etməyə çalışması saxtakarlıqdır

Darvin, tədqiqatları əsnasında ginkgo biloba (yapon gavalısı) ağacının yarpağının fosilini tapdıqda çox təəccüblənmişdi. Dövrümüzdə yaşayan bir canlının eynisi milyonlarla il əvvəlki təbəqələrdə bu günkü forması ilə mövcud idi. Nəzəriyyəsinin əsassızlığını sübut etməyə kifayət edən və Darvini, həqiqətən də təşvişə salan bu fosil elə Darvinin özü tərəfindən “yaşayan fosil” adlandırılacaqdı.

Əgər Darvin indi yaşasaydı, şübhəsiz, bu məsələ ilə bağlı təşvişi daha çox olardı. Çünki ginkgo dövrümüzə qədər gəlib çatan yeganə yaşayan fosil deyil. Yerin təbəqələrindən çıxarılmış 350 milyondan çox fosilin bir qismini tam və mükəmməl nəsli tükənmiş canlılar, böyük əksəriyyətini isə yaşayan fosillər təşkil edir. Hal-hazırda mövcud olan növlərin böyük qisminin milyonlarla illik fosil nümunələri tapılmış və nümayiş etdirilmişdir (ətraflı məlumat üçün bax: http://www.yaratilismuzesi.com/fosiller/ və http://www.yaratilisatlasi.com/). Dövrümüzdə yaşayan atlar, zürafələr, balıqlar, itlər, quşlar, sürünənlər hal-hazırkı formaları və görünüşləri ilə milyonlarla illik iz qoymuşlar. “Yaradılış atlası” adlı əsərin bütün cildlərində, ölkəmizdə təşkil edilən müxtəlif sərgilərdə və “Yaradılış muzeyi” adlı internet saytında nümayiş etdirilən fosillər haqqında bəhs edilən nümunələrin sadəcə bir hissəsidir. Sözügedən nümunələr o qədər çoxdur ki, demək olar ki, dövrümüzdəki hər canlı milyonlarla illik həmnövü tərəfindən təmsil edilir və bu fosillər dövrümüzün canlıları ilə mükəmməl uyğunluq içindədirlər. Milyonlarla il əvvəlki fosilləri ilə dövrümüzün canlıları arasında heç bir fərq yoxdur. Canlılar dəyişilməyiblər. İlk dəfə yaradıldıqları kimidirlər. Amerika Təbiət Tarixi Muzeyinin müdiri, tanınmış təkamülçü paleontoloq N.Eldric təkamülün ən böyük müəmmalarından biri olan yaşayan fosillər həqiqəti qarşısındakı acizliklərini bu sözlərlə açıqlamışdır: Yaşayan bir orqanizmlə onun uzaq geoloji keçmişdəki fosilləşmiş əcdadları arasında müqayisə edəcəyimiz hər hansı bir hissədə demək olar ki, heç bir dəyişiklik yoxdur. Yaşayan fosillər təkamül xarakterli ətalət fikrinin ən konkret nümunələridir. Yaşayan fosillərin sirrini tam mənada aça bilməmişik.

N.Eldric darvinistlərin çarəsizliklərini gizlətməyə çalışaraq “təkamül xarakterli ətalət” ifadəsindən istifadə edərək “sanki keçmişdə təkamül prosesi baş vermiş, amma dayanmışdır” kimi təsəvvür yaratmağa çalışsa da, həqiqət budur: fosillər tarixin heç bir dövründə təkamül prosesinin baş vermədiyini sübut edir. Bütün canlı növləri bu gün malik olduqları xüsusiyyətlərlə birlikdə bir anda üzə çıxmış və on milyon illərlə ən kiçik dəyişikliyə belə uğramamışlar. Balıqlar elə balıq, sürünənlər elə sürünən, məməlilər elə məməli, insan da elə insan kimi mövcud olmuşdur. Darvinin ən böyük ümidi olan fosillər Darvinin nəzəriyyəsini məhv edən ən güclü dəlil olmuşdur.

Şübhəsiz, bu vəziyyət heç bir ara fosil ilə dəstəklənməyən təkamül nəzəriyyəsi üçün böyük məğlubiyyətdir. Elə bu səbəbdən, varlıqları darvinist elm adamlarına çox yaxşı məlum olmasına baxmayaraq, yaşayan fosillər heç vaxt gündəmə gətirilmir, ört-basdır edilirlər. Təkamülçü mənbələrə baxan bir insanda sadəcə bir neçə yaşayan fosil olması təsəvvürü yaranacaqdır. Çünki darvinistlər tərəfindən ön plana çəkilən yalnız bir neçə yaşayan fosil var. Eyni mənbələrdə bu bir neçə fosilin möcüzəvi şəkildə heç dəyişilmədən qaldıqları və saysız-hesabsız xəyali təkamül dəlili içində bir istisna olması təsəvvürü verməyə çalışırlar. Lakin bu, yalandır.

Amerikalı paleontoloq S.M.Stenli fosillərin üzə çıxardığı həqiqətin elm dünyasına hakim olan darvinist diktatorluq tərəfindən necə görməzlikdən gəlindiyini belə izah edir:

Məlum olan fosillər mərhələli təkamülə uyğun deyil və heç bir zaman da uyğun olmamışdır. Diqqəti çəkən nöqtə budur ki, bəzi tarixi şərtlər nəticəsində bu barədəki həqiqət gizlənmişdir... Bir çox paleontoloq əllərindəki sübutların Darvinin kiçik, yavaş və mərhələli dəyişikliklərin yeni növ əmələ gətirməsi fikri ilə ziddiyyət təşkil etdiyini hiss etmişdir... Amma onların bu düşüncəsi susdurulmuşdur.54 Nə qədər susdurmağa çalışsalar da, ortada açıq həqiqət var: yaşayan fosillər milyonlarladır. Hal-hazırda Darvinin təkamül nəzəriyyəsi fosillərin verdiyi nəticələr qarşısında qəti məğlubiyyətə uğramışdır. Elmi kəşflər darvinizmi məhv etmişdir. Darvinistlər artıq yaradılış həqiqətinin dəlilləri olan bu fosilləri gizlədə bilmirlər. Həqiqətlər üzə çıxmış, darvinizmin məhvi darvinistlərin ən böyük təməli olan fosillər tərəfindən elan edilmişdir.

Darvinist tələ pozulmuşdur. Darvinizmə əsasən, nəzəriyyəni dəstəkləyəcəyi gözlənilən fosillər Allah`ın izni və təqdiri ilə darvinizmin sonunu gətirmişdir. İnsanlar canlıların Allah`ın yoxdan yaratdığı həqiqətini qəti şəkildə görmüşdür. Bu dəlil görüldükdən sonra əks iddialarla üzə çıxmağın heç bir dəyəri və təsiri yoxdur. Uca Allah qədərdə dəccalın sistemini başından məhv olmuş, yox olmuş şəkildə yaratmışdır. Bu həqiqəti hər kəs açıq, mübahisəsiz şəkildə görür. Uca Rəbbimiz bütün varlıqları yoxdan yaratdığnı ayələrində bu cür xəbər verir:

Allah`ı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir! (Bəqərə surəsi, 28-29)